Gəncə narkotik vasitələri saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda fevralın 8-i "Kəpəz" televiziyasına istinadən məlumat veririk.
Kəpəz rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilib.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.