Xalq artisti Fikrət Verdiyevlə vida mərasimi keçirilir. Bu haqda 22 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Mərasim Təzəpir məscidində təşkil olunub. Burada Mədəniyyət Nazirliyinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, tarzənin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Sonra mərhum tarzən Bakıda - Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.