Qadınlardan ibarət "Gəncə" voleybol klubu heyətini braziliyalı voleybolçu ilə gücləndirib.
Gencexeber.az məlumat verir ki, komanda Luisa Tomaz ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ötən mövsümü Portuqaliyanın "Benfika" komandasında keçirib.
Qeyd edək ki, braziliyalı voleybolçu Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub, həmçinin Braziliya Super Liqasında gümüş medal qazanıb.