Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti Gəncəyə Kiyevdən uçuşları həyata keçirməyi planlaşdırır. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
Bu barədə aviaşirkətin kommersiya direktoru Aleksandr Cicora bildirib. Onun sözlərinə görə, aviaşirkət hələ bilet satışını açmayıb, lakin artıq marşrutun istifadəyə verilməsinə hazırlaşır.
Qeyd edək ki, Kiyev-Gəncə marşrutu "Bees Airline" şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir.