Gəncədə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Bu haqda 27 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Hadisə Şahsevənlər küçəsi, 106-da qeydə alınıb. Əli Allahverdizadə bacısı Pəri Allahverdizadəyə boğaz nahiyəsindən bir bıçaq xəsarəti yetirib. Gənc qız yerindəcə dünyasını dəyişib.
Məlum olub ki, Əli Allahverdizadə 22 yaşlı bacısını “İnstagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.
Bacısını öldürməkdə şübhəli bilinən şəxs Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.