top
Müstəqillik uğrunda mübarizəyə görə 3 dəfə həbs olunan Həmid bəy Yusifbəyli
24 may 2023, 13:00
- +

Müstəqillik uğrunda mübarizəyə görə 3 dəfə həbs olunan Həmid bəy Yusifbəyli

Həmid bəy Yusif oğlu Yusifbəyli 1878-ci ildə Gəncədə anadan olub. O, dövlət xadimi Nəsib bəy Yusifbəylinin qardaşıdır.

Həmid bəy 1895-ci ildə şəhərdəki klassik gimnaziyanı bitirdikdən sonra 1898-ci ildən "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb. O, atası ilə bərabər siyasi işlərə cəlb olunub, Azərbaycanın muxtariyyəti üçün mübarizə aparıb. 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflisin Metex həbsxanasında saxlanılıb, 1904-cü ilədək Türküstana sürgün olunub.

Yusifbəyli 1905-ci ildə Gəncədə “Türk Sosial-Federalist İnqilabi Komitəsi” adlı təşkilatın yaradılmasında iştirak edib. Məhz bu komitənin əsasında sonralar "Qeyrət" partiyası yaranmışdır. Daha sonra Həmid bəy qardaşı Nəsib bəylə "Difai" partiyasının sıralarına qatılıb və ən fəal üzvlərindən olub.

Yusifbəyli 1908-1910-cu illərdə ruhani məktəbində dərs deyib və orada təbliğat işləri aparıb. O, 1910-cu ildə yenidən həbs olunub, Qafqaz canişini Vorontsovun hökmü ilə Qafqazdan 5 il müddətinə Krıma, Bağçasaraya sürgün edilib, orada bir müddət qardaşı Nəsib bəyin qayınatası İsmayıl Qaspıralının evində yaşadıqdan sonra İstanbula müraciət edib. 1913-cü ildə Həmid bəy əfv olunur və Gəncəyə qayıdır, lakin daimi nəzarət altında saxlanılır.

Yusifbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra siyasi fəaliyyətini dayandırıb. Sovet dövründə Həmid bəy 1921-1930-cu illərdə indiki Gəncə Dövlət Universitetində dərs deyib. 1931-ci ildə Yusifbəyli antisovet təbliğatı aparması bəhanəsi ilə həbs edilib, bir il saxlanıldıqdan sonra azadlığa buraxılıb. 1932-ci ildə Kirovabad Sənaye Politexnikumunda və Gəncə 15 nömrəli məktəbdə dərs deyib.

Həmid bəy Azərbaycan və rus ədəbiyyatının bilicisi idi. 1930-cu illərinin əvvəllərində o, "Türkan" adlı bir pyes yazır və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulur. Həmid bəy hələ XIX əsrin sonlarında Gəncədə ilk dəfə evində ictimai kitabxana açıb.

Yusifbəyli "Müsavat" partiyasının üzvü olduğuna görə 1941-ci ildə yenidən həbs edilmişdir. Qocalığını nəzərə alaraq, onun 5 il müddətinə sürgünə göndərılməsi qərara alınır. Həmid bəyin sonrakı taleyi barədə məlumat yoxdur.

1957-ci ildə Həmid bəy Yusifbəyliyə bəraət verilmişdir.

Mənbələr:


  1. Elşad Qoca. Sibir dərsi. Bakı-2000.


2. http://www.anl.az/down/meqale/azadliq/2012/oktyabr/265574.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:02

"Gəncə" üç voleybolçusu ilə vidalaşıb

Bütün xəbərlər
Bu gün, 14:39

İri müəssisəyə işçilər tələb olunur

Bütün xəbərlər
Bu gün, 14:05

Sabah Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:59

Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Bütün xəbərlər
Bu gün, 12:02

Media subyektlərinə nəzarət bu quruma həvalə edilir

Bütün xəbərlər
Bu gün, 11:18

Gəncədə sürücü "Yol ver"ə məhəl qoymadı - Mənzil başına çatmadı

Bütün xəbərlər
Bu gün, 11:10

Körpə qızdırmadan ölüb

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə maraqlı görüntülər: Küçə işıqları gündüz yanır, gecə söndürülür

Bütün xəbərlər
Bu gün, 10:05

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

Bütün xəbərlər
Bu gün, 09:38

İkinci ali təhsil: Bu ixtisası seçənlər hər il 7600 manat ödəyəcəklər

Bütün xəbərlər
Dünən, 14:31

"Turan Tovuz" Xorvatiya klubunun futbolçusu ilə maraqlanır

Bütün xəbərlər
Dünən, 12:53

Sabah Gəncədə 32 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 11:48

FHN: Ötən həftə 494 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 10:29

61 yaşlı kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 09:57

Gəncəli bloqerin bacısı qəzada vəfat etdi

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bütün xəbərlər
14 iyun 2026, 23:11

Prezident sosial şəbəkə hesablarında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Bütün xəbərlər
14 iyun 2026, 23:07

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
14 iyun 2026, 11:00

Gəncəli bəstəkarın doğum günüdür

Bütün xəbərlər
13 iyun 2026, 14:05

Gəncədə 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
13 iyun 2026, 12:47

Sürücülərə MÜRACİƏT

Bütün xəbərlər
13 iyun 2026, 11:36

Bu ilin 5 ayında 50 minə yaxın qan donoru qeydiyyata alınıb

Bütün xəbərlər
13 iyun 2026, 09:55

Emin Əmrullayev Gəncədə "Son zəng" mərasimində iştirak edir

Bütün xəbərlər
13 iyun 2026, 09:35

Magistral yolda qəza oldu, 25 yaşlı oğlan öldü

Oxşar xəbərlər