top
Əmir Teymurun sərkərdəsinin adı ilə bağlı qədim Gəncənin Allahdad məhəlləsi
26 mart 2026, 09:00
- ↺ +

Əmir Teymurun sərkərdəsinin adı ilə bağlı qədim Gəncənin Allahdad məhəlləsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Allahdad məhəlləsi Gəncə qalası ərazisində, Gəncəçayın sol sahilində yerləşib. Məhəllə şimaldan və qərbdən Zərrabi məhəlləsi, şərqdən Gəncə çayı, cənubdan Şəhristanın qala divarları ilə əhatə olunub.

Gencexeber.az bir neçə tanınmış tarixçilərin (İshaq Cəfərzadə, Namlet Allahverdiyev, Fərrux Əhmədov) elmi əsərlərə istinadən məlumat verir ki, Allahdad məhəlləsinin XIV əsrdə Gəncənin köhnə yerində salınması ehtimal olunur. Deyilənlərə görə, məhəllənin adı Əmir Teymurun sərkərdəsi Allahdadın adı ilə bağlıdır. Tarixi mənbələr Əmir Teymurun 1386-cı ildə Gəncəyə hərbi səfər etdiyini bildirir. O zamanlar Gəncədə Qaraqoyunlular hakimiyyətdə idilər. Ehtimal olunur ki, Teymurləng Qaraqoyunluları Gəncədən qovub, şəhərin hakimiyyətini isə sərkərdəsi Allahdada tapşırıb.

Allahdad məhəlləsinin XVI əsrdə Osmanlılar tərəfindən dağıdılması güman edilir. Gəncənin yerdəyişməsindən sonra Allahdad məhəlləsi təzə şəhərə köçürülmüş məhəllələrdən biri idi. Lakin Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra bu məhəllə ləğv edilib.

Məhəllənin ərazisində bir vaxtlar eyniadlı arx yerləşib. Başlanğıcını Qızıl Qayadan götürən bu arx sərkərdənin hakimiyyəti dövründə çəkilib. Arxın suyundan indiki Samux rayonunun ərazisində yerləşən Çobanabdallı, Lək kəndlərinin sakinləri də istifadə edirdilər. Tarixçi İshaq Cəfərzadənin "Köhnə Gəncənin tarixi-arxeoloji oçerki" əsərində Allahdad arxı haqqında qeydlərə rast gəlinir. Onun sözlərinə görə, bu arx Gəncəçayın sol sahilində yerləşən bağların sulanması üçün Gəncə əhalisi tərəfindən hələ orta əsrlərdə istifadə olunub. 

Qeyd edək ki, Allahdad arxı 1950-ci illərə kimi mövcud olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər