top
Həbsdə olan qonşusunun arvadı ilə yaşayan KİŞİNİ DÖYDÜ
29 aprel 2026, 15:22
- ↺ +

Həbsdə olan qonşusunun arvadı ilə yaşayan KİŞİNİ DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

56 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.

Demokrat.аz xəbər verir ki, hadisə Şəmkir rayonunun kəndlərindən birində ötən ilin noyabrın 11-də baş verib. 1970-ci il təvəllüdlü Həsən qonşuluqda yerləşən Nadirə məxsus fərdi yaşayış evinin qarşısında yumruq ilə Natiqin (adlar şərtidir – red.) baş və üz nahiyələrinə vurub. 

İş üzrə izahat verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşuluqda yaşayan Nadir hazırda həbsdə olan Məmmədin həyat yoldaşı Günel ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Nadir onları narahat edib, evlərinin pəncərələrinə daş atıb, siqaret kötüyünü həyətlərinə tullayıb və qızı Təhminənin barəsində əxlaqsız fikirlər səsləndirib. 

Həsənin ifadəsinə görə, daha sonra həyətyanı bağ sahəsində olarkən Nadirin 2 nəfər xurma alıcısı ilə həbsdə olan qonşusuna məxsus fərdi yaşayış evinin yanında olan bağ sahəsindəki xurmalara baxmalarını görüb. O, ifadəsində deyib: "Həmin vaxt əsəbiləşərək Nadirə irad bildirdim və buranı tərk etməsini istədim. Nadir mənə qeyri-etik şəkildə cavab qaytardığı üçün daha da əsəbiləşdim. Onun baş və üz nahiyəsindən 2 dəfə yumruqla zərbə vurdum ".

İş üzrə zərərçəkmiş Nadirin sözlərinə görə, Məmməd adlı tanışının fermasında heyvanlarını saxlayır: "Məmməd həbsdə olduğu üçün həmin yerdə gözətçilik edirəm. O, həbs edildiyi vaxtdan Həsən mənimlə münasibətini pozdu. Məlum hadisə günü Məmmədin həyətyanı torpaq sahəsində olan xurmaları onun həyat yoldaşı Günelin göstərişi ilə satmaq üçün həmin bağa alıcı gətirdim. Bu zaman Həsən qonşu sahədən məni və alıcıları gördü, təhqir edərək xurma məhsulu satmağa hüququmun olmamasını deyərək məni döydü". 

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Bütün xəbərlər
04 noyabr 2026, 15:32

Avtovağzal gücləndirilmiş rejimdə çalışacaq

Bütün xəbərlər
04 noyabr 2026, 15:10

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 14:04

Gəncədə biznes daha çox kişilərin əlindədir

Bütün xəbərlər
04 noyabr 2026, 13:32

Göygöldə maşınlar toqquşdu, Türkiyə vətəndaşı yaralandı

Bütün xəbərlər
04 noyabr 2026, 13:08

Gəncənin şam işığına möhtac küçələri - ŞİKAYƏT

Oxşar xəbərlər