top
Gəncədə zorakılıq iddiası: Azyaşlılar məktəb TUALETİNDƏ döyülür
28 aprel 2026, 16:41
- ↺ +

Gəncədə zorakılıq iddiası: Azyaşlılar məktəb TUALETİNDƏ döyülür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər 20 nömrəli tam orta məktəbdə azyaşlı bacılarla bağlı xoşagəlməz hadisələrin baş verdiyi iddia olunur.

Gencexeber.az-a müraciət edən Çimnaz Məmmədovanın sözlərinə görə, 2-ci sinifdə təhsil alan iki qız nəvəsi mütəmadi olaraq 4-cü sinif şagirdi olan qız tərəfindən döyülür.

Qadının iddiasına əsasən, sonuncu oxşar hadisə ötən gün baş verib. Belə ki, nəvələrindən biri sanitar qovşağa zorla aparılaraq fiziki və mənəvi təzyiqə məruz qalıb. Nəticədə azyaşlının ayaqlarında sıyrıqlar, cızıqlar və hematomalar yaranıb.

Məktəbdən nəvələrini götürən Çimnaz Məmmədova uşağın ağladığını görüb və baş verənlərdən xəbərdar olub. O bildirib ki, məsələ ilə bağlı məktəbə getsə də, direktor vəzifəsini müvəqqəti icra edən Aygül Abbasovanın qəbuluna düşə bilməyib. İddiaya görə, qadın hətta məktəb binasına buraxılmayıb.

Vətəndaşın sözlərinə görə, bu hal ilk dəfə yaşanmır. Bundan əvvəl hər iki nəvəsinin eyni vaxtda sanitar qovşaqda döyüldüyü, nəticədə qızlardan birinin gözünə infeksiya düşdüyü iddia olunur.

Redaksiyamız məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğuda sözügedən təhsil ocağında baş verməsi iddia olunan hadisələrə adekvat reaksiyanın göstərilib-göstərilməməsi, eləcə də uşaqların himayədarı olan qadının məktəb rəhbərliyi tərəfindən qəbul edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi istənilib.

Qeyd edək ki, hadisələrin baş verdiyi Gəncə şəhər 20 nömrəli tam orta məktəbin direktoru Mehriban Mahmudova ötən ay tutduğu vəzifədən azad olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər