top
İshaq Cəfərzadə və Səməd Vurğunun Qobustanı xilas etmələri
23 mart 2024, 15:00
- +

İshaq Cəfərzadə və Səməd Vurğunun Qobustanı xilas etmələri

Gəncəli İshaq Cəfər­zadə 1940-cı illərdə Qo­bustanda elmi tədqiqatlar aparmağa başlayır.

1950-ci illərdə Qobustanda daş karxanası yaradılır və bura­dakı qayalardan İkinci Dünya müharibəsindən qayıdan əsgərlərə ev tikilirdi. İshaq Cəfərzadə tarixi qayalardan istifadə edilməsi ilə razılaşmır və karxananın fəaliyyəti­nin dayandırılmasını tələb edir. Bunun üçün o, AKP MK-nın I katibi Mircəfər Bağırova məktublar yazıb, şikayətini çatdırır, lakin heç bir faydası olmur. Bir müddət sonra Bağırov İshaq Cəfərzadəni yanına çağırtdırıb deyir: “Sən o qayalarda üç-beş cızıq tapmısan deyə, mən sovet əsgərlərinə ev tikməməliyəm?!

İshaq Cəfərzadə isə həmin vaxt Elmlər Akademiyasının vitse-prezidenti şair Səməd Vur­ğuna müraciət edir. Səməd Vurğun İshaq Cəfərzadənin zəngindən sonra Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovla telefon əlaqəsi yaradır. Şair Mirzə İbrahimova onun maşını ilə Qobustana get­məli olduğunu deyir.

Beləliklə, onlar Qobustana yollanırlar. Mirzənin maşını hökumət maşını idi və bu səbəbdən onları Qobustan ərazisinə girəndə saxlamırlar.

Qobustana çatan kimi Səməd Vurğun buldozer və daşkəsən maşınların qayaları kəsdi­yini görür. Həmin vaxt Səməd Vurğunla Qobustana gedən oğlu Vaqif Səmədoğlu baş verənləri belə xatırlayır­dı: “Ən az 50-60 qaya kəsilmişdi. Üzərindəki rəsmləri gözlərimlə görmüşəm. Bu, dəhşət idi…”. Səməd Vurğun prokurorun tapançasını alıb maşından düşür, havaya iki dəfə atəş açır və buldozerdən düşməyi tələb edir. Əraziyə baxılır və məlum olur ki, üzərində qədim rəsmlər olan bir neçə qaya uçurulub. Sonra isə dəqiq inventarlaşma gedir və rəsmli qayaların qoruqda, rəsmsiz qayaların isə daş karxanasında toplanması qərara alınır.

İshaqın tədqiqatları və Səməd Vurğunun Qobustanı xilas etməsi nəticəsində bu tarixi abidələr bütün dünyada məşhurlaşmışdır. 2007-ci ildə isə Qobustan abidələri kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.

Mənbələr:


  1. https://aydinyol.aztc.gov.az/newsview/1178/Semed-Vurgun-Qobustani-nece-xilas-etdi

  2. https://qazaxib.az/2018/11/17/h%C9%99qiq%C9%99tin-bir-uzu-var-yalanin-min-uzu/

  3. https://www.muallim.edu.az/www.old/arxiv/2011/47/19.htm

  4. Azərbaycan.- 2015.- 14 avqust.- S. 5.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər