top
Gəncə zəlzələsindən 882 il ötür
30 sentyabr 2021, 15:45
- ↺ +

Gəncə zəlzələsindən 882 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Atabəylər dövlətinin Azərbaycan ərazisinə hökmranlığı dövrdə (1136-1225-ci illər), 30 sentyabr 1139-cu ildə Gəncə və onun ətraf bölgələrində, 9 ballıq zəlzələ baş verib. Bu təbii fəlakət nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə Göygöl, Maralgöl, Ceyrangöl və s. göllər yaranıb. Zəlzələdən sonra Gəncə yenidən, dağılmış şəhərdən, şərqdə salınıb.

Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi Mxitar Qoş bu zəlzələni belə təsvir edib: "...(30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".

Ərəb tarixçisi İbn əl-Əsir zəlzələ haqda yazmışdır: "534-cü ildə (1139) Gəncədə, Azərbaycan və Arranın başqa dairələrində zəlzələ oldu. Lakin ən güclü zəlzələ Gəncədə baş verdi. Orada çoxlu evlər dağıldı və saysız-hesabsız əhali həlak oldu".

Tarixçi Ziya Bünyadov "Azərbaycan Atabəylər dövləti" kitabında həlak olanların sayından yazmışdır: "Gəncədə zəlzələ zamanı həlak olanların sayı bir məlumata görə, 230 min nəfər, başqa məlumatlara əsasən isə 300 min nəfərə çatır. Həm İbn əl-Əsir, həm də Əl-İsfahani (alim) bu dəhşətli zəlzələnin demək olar ki, müasirləri olmuş və hətta onlar əgər həlak olanların sayını ikiqat artırsalar belə, yenə də rəqəm 150 min nəfərə yaxın olur. Əgər şəhər əhalisinin yarısının həlak olduğunu fərz etsək, onda heç bir şübhə yoxdur ki, Gəncədə həmin dövrdə 300 mindən çox əhali var imiş".

Atabəylər dövlətinin canişini, Qara Sunqur, az müddətdə əhalinin köməyi ilə şəhəri bərpa etdi. Zəlzələnin dağıntıları 2-3 il ərzində aradan qaldırıldı. Ziya Bünyadov yazmışdır ki, əgər zəlzələ zamanı Gəncə əhalisinin yarıdan çoxu həlak olsaydı, bu bərpa işləri mümkün olmazdı.

Azərbaycan arxeoloqu və etnoqrafı İshaq Cəfərzadə qeyd edir ki, zəlzələnin dağıntıları gəncəlilər tərəfındən ləğv olunmuşdu və sağ qalanların sayı həlak olanların sayından az deyildi.

Mənbələr:


  1. Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. 1136-1225-ci illər. Bakı-2007.

  2. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949.

  3. Г. Гумматов. Б. Багиров. Кирововад. Баку-1969.

  4. https://www.fhn.gov.az/?aze/menu/62/20

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 22:46

Gəncədə dilənçilər zibilləri ətrafa dağıdırlar – ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:22

Hamilə qadın bıçaqlandı, qardaşı şübhəli qismində saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə bazar rəhbərliyi sahibkarların quşlarını "həbs etdi" - İDDİA

Bütün xəbərlər
Dünən, 16:18

"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar

Bütün xəbərlər
Dünən, 14:08

"Gənclərin ailə qurmağa marağı azalır" - deputat

Bütün xəbərlər
Dünən, 13:07

Tələbəmiz "Şuşa Kuboku"nun qalibi olub

Bütün xəbərlər
Dünən, 12:10

Samuxda 35 yaşlı kişinin meyiti tapıld

Bütün xəbərlər
Dünən, 11:36

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır

Bütün xəbərlər
Dünən, 11:22

Parkda dava: attraksion nəzarətçisi bıçaqlandı

Bütün xəbərlər
Dünən, 10:41

Gəncənin təmizliyi üçün 29 zibil maşını alınır

Bütün xəbərlər
Dünən, 10:04

Güzəştli mənzil almaq istəyənlər üçün fürsət

Bütün xəbərlər
Dünən, 09:41

Laçında şəhidlik zirvəsinə ucalan gəncəli qəhrəmanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı

Bütün xəbərlər
12 noyabr 2026, 17:26

Gəncəli Xalq artistinin nəvəsi ABŞ-də filmdə rol alıb

Bütün xəbərlər
12 noyabr 2026, 17:00

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
12 noyabr 2026, 16:39

Şəhid anası 12 ildir mənzillə təmin olunmur? - İDDİA

Bütün xəbərlər
12 noyabr 2026, 15:07

Vilayət Eyvazov Gəncədə 461 nəfəri SEÇDİ

Bütün xəbərlər
12 noyabr 2026, 14:20

Gəncənin dörd küçəsi TƏMİZLƏNİB

Bütün xəbərlər
12 noyabr 2026, 13:39

Gəncədə qurumuş ağac bədbəxt hadisəyə səbəb ola bilər - ŞİKAYƏT

Bütün xəbərlər
12 noyabr 2026, 12:33

Gəncədə avtobus sürücülərinin diqqət çəkən davranışı

Bütün xəbərlər
12 noyabr 2026, 12:02

Şairə Cığatelin qızı Türkiyə şou-biznesinə dəvət aldı

Bütün xəbərlər
12 noyabr 2026, 11:05

AQTA sədrinin Gəncədəki vətəndaş qəbulunun vaxtı DƏYİŞDİ

Bütün xəbərlər
12 noyabr 2026, 10:12

Ölümlə nəticələnən qəzanın səbəbi ALKOQOLLU içki imiş…

Bütün xəbərlər
12 noyabr 2026, 09:41

Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır

Oxşar xəbərlər