top
Bu gün AXC-nin ən gənc deputatı Rəhim bəy Vəkilovun intihar etməsindən 90 il keçir
01 mart 2024, 16:00
- +

Bu gün AXC-nin ən gənc deputatı Rəhim bəy Vəkilovun intihar etməsindən 90 il keçir

Rəhim bəy Əlağa oğlu Vəkilov 29 fevral 1897-ci ildə Gəncə qəzasının Yuxarı Salahlı kəndində (indiki Qazax rayonu) anadan olub.

Məktəb illərindən Vəkilov rəssamlığa həvəs göstərirdi, hətta çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü. Lakin sonunda Rəhim bəy siyasətçi, Cümhuriyyət parlamentinin ən gənc deputatı kimi tanındı.

1916-cı ildə Realnı məktəbi bitirdikdən sonra 9 saylı rus-tatar məktəbində müəllim kimi fəaliyyətə başlayır və tələbə təşkilatlarında fəal iştirak edir. Burada onun ilk milliyyətçi baxışları formalaşır. Vəkilov 1918-ci ilin əvvəllərində Müsavat partiyasına daxil olur, burada siyasi işlər komissiyasının rəhbəri təyin olunur.

1918-ci il mayın 28-də Tiflis şəhərində “İstiqlal bəyannaməsi”nin mətnini hazırlayan və onu imzalayanlardan biri Rəhim bəy Vəkilov olur. Tiflisdə yeni yaranan dövlətin bütün lazımi işləri görüldükdən sonra hökumət öz fəaliyyətini daha da genişləndirmək üçün iyunun 16-da Gəncəyə köçdü. Burada Vəkilov Milli Şuranın katibi kimi siyasi fəaliyyətini davam etdirdi.

O, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamentində ən gənc deputat olaraq katib seçilir. Parlament debatlarında həmişə fəal iştirak edən Rəhim bəy problemlərlə tanış olmaq məqsədi ilə tez-tez Azərbaycanın müxtəlif bölgələrinə baş çəkir. “1920 il üçün Azərbaycan Respublikasının ünvan təqvimi” kitabında onun “Azərbaycan Respublikasının yaranma tarixi” adlı oçerki çap edilib. Bu, AXC tarixinə dair ilk əsərlərdəndir.

1920-ci ildəki sovet işğalından sonra Rəhim bəy siyasi fəaliyyətini gizli şəkildə davam etdirir. O, 1922-ci ilin sentyabrında savadını artırmaq məqsədi ilə BDU-nun şərqşünaslıq fakültəsinə daxil olur. Bununla yanaşı, Müsavat partiyasının işlərinə də rəhbərlik edir. 1923 və 1926-cı illərdə Vəkilov həbs olunaraq iki dəfə sürgün edilir.

Rəhim bəy Vəkilov SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təqib edildiyindən 1 mart 1934-cü ildə Kür çayının üzərindəki körpüdə tapança ilə özünü vuraraq intihar edib.

Mənbələr:

Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Cild II. Bakı-2005


  1. http://www.anl.az/down/meqale/xalqcebhesi/2010/aprel/116919.htm

  2. https://news.milli.az/society/128724.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər