top
Azərbaycan xanlarına edilən “Qızılqaya xəyanəti”
14 mart 2024, 16:00
- +

Azərbaycan xanlarına edilən “Qızılqaya xəyanəti”

XVIII əsrin ortalarında Azərbaycan ərazisində xanlıqların olması, mərkəzləşdirilmiş vahid dövlətin olmaması qonşu dövlətlərin işğalçı siyasətlərinə şərait yaradırdı. Gürcü çarları qonşu xanlıqlar hesabına varlanmağa çalışırdılar və Azərbaycanın qərb torpaqlarını işğal etmək istəyirdilər. Lakin bunu həyata keçirmələrində onlara ən güclü rəqibləri - Şəki xanı Hacı Çələbi mane olurdu.

Həmin dövrdə Pənahəli xan Qarabağlı, Kazım xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gəlirlər. Onlar Hacı Çələbi ilə mübarizə aparmaq qərarına gəlirlər. Bundan xəbər tutan gürcü çarları hiyləgərliyə əl atırlar. Onlar “parçala, hökm sür” siyasətini yürüdərək Şəki xanına qarşı Azərbaycanın digər xanlıqlarının ittifaqını təşkil etməyi qərara alırlar.

21 mart 1752-ci ildə gürcü çarı II İrakli xanlarla danışıqlar aparmaq üçün Gəncə yaxınlığındakı Qızılqaya adlanan ərazidə toplanmağı təklif edir. Gəncə görüşünə II İrakli və atası Teymuraz heç kəsə bildirmədən böyük bir ordu ilə gəlirlər. Gürcü qoşunları qəflətən basqın edərək, danışıqlarda iştirak etməyə gələn Azərbaycan xanlarını əsir götürürlər. Bu hadisə tarixdə “Qızılqaya xəyanəti” adını alır.

Şahverdi xan Gəncəlinin xidmətçilərindən biri (digər versiyaya görə, Pənahəli xanın oğlu) baş verənləri Hacı Çələbiyə çatdırır. Bundan xəbər tutan Hacı Çələbi xan Azərbaycan xanlarını azad etmək üçün gürcü şahının ordusuna hücum edir. “Şeyx Nizami -əleyhissəlamın müqəddəs məqbərəsi yaxınlığında, o yerdə ki, aləmə insanların qəlbini və əqlini işıqlandıran ilahi nur yayılır, iki qoşun üz-üzə gəlir və döyüş başlanır”.

Qanlı döyüş Hacı Çələbi xanın tam qələbəsi və əsir xanların azad edilməsi ilə başa çatır. Şəki xanı əsirlikdən qurtardığı xanlarla görüşmədən düşməni təqib edir, nəticədə Borçalı və Qazax mahallarını ələ keçirir.

Mənbələr:


  1. A. Bakıxanov. Gülüstani-İrəm. Bakı-2000.

  2. Эльгюн Бабаев. Из истории Гянджинского ханства. Баку-2003.

  3. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı-2007.

  4. https://jsoft.ws/?content=shekinskoye-xanstvo.php

  5. https://haqqinda.az/Az%C9%99rbaycan+xanl%C4%B1qlar%C4%B1/43532-Q%C4%B1z%C4%B1lqaya+x%C9%99yan%C9%99ti.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər