Gəncədə şagirdlər müayinə olunurlar. Bu haqda 29 noyabr tarixində Şəhər Birləşmiş Xəstaxanasına istinadən xəbər veririk.
Məktəb və məktəbəqədər təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası davam etdirilir. Müayinələr vaxtı uşaqlarda, əsasən, göz xəstəlikləri, qamətin pozğunluğu, nitq qüsurları, qan azlığı və burun çəpər əyrilikləri aşkar edilir. Həmin məktəblilər dispanser qeydiyyatına götürülür və müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunurlar.
Uşaq Xəstəxanasının Poliklinika şöbəsi, Zülfüqar Məmmədov adına xəstəxananın Uşaq Poliklinika və II Poliklinika bölməsində aparılan dispanserizasiyada müayinələr, əsasən, pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), nevroloq, cərrah, dermatoveneroloq və stomatoloqlar tərəfindən aparılır.