Gəncədə uşaqlar üçün müsabiqə təşkil olunur. Bu haqda 30 noyabr tarixində Gəncə Qalası Kompleksinə istinadən xəbər veririk.
Gəncə Qalası “Sehirli Qala” uşaq əyləncə parkında uşaqlar üçün gözəllik müsabiqəsi keçiriləcək. Yarışmaya 4-8 yaş aralığında uşaqlar qatıla bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər dekabrın 1-dən 3-ü saat 21:00-a qədər qeydiyyatdan keçməlidirlər.