Gəncədə universitetlərin birinin tələbə evində bayram tədbiri təşkil olunub. Bu haqda 27 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən xəbər veririk.
Gəncə Dövlət Universitetinin Tələbə Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Burada rektor Yusif Yusibov çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə universitetin kollektivini və tələbələri təbrik edib.
Tədbirdə yola saldığımız ildə universitetin əldə olunan uğurlarından söhbət açılıb və 2024-cü ildə görüləcək işlərdən danışılıb. Daha sonra musiqi nömrələri, rəqslər ifa olunub. Bayramda, həmçinin prorektorlar, fakültə dekanları və tələbələr iştirak ediblər.