Gəncədə mərkəzlərin birində ekskursiya təşkil olunub. Bu haqda 4 dekabr tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.
N saylı hərbi hissənin əsgərləri Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Mərkəzin əməkdaşı əsgərlərə ulu öndərin keçdiyi zəngin həyat yolu və geniş fəaliyyəti barədə ətraflı məlumat verib.
Muzeydə Heydər Əliyevin şəhərimizə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən fotostendlər, kitablar, qəzetlər və İlham Əliyevin göstərdiyi diqqət və qayğını əks etdirən eksponatlar da nümayiş etdirilir.