Gəncədə aksiya baş tutub. Bu haqda 30 dekabr tarixində Vəkillər Kollegiyasına istinadən məlumat veririk.
“Açıq qapı” günü Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində təşkil olunub. Burada vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib. Vəkillər sakinlərə məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.
Bildirilib ki, müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.