Gəncədə konsert təşkil olunacaq. Bu haqda 1 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı baş tutacaq. Tədbir 14 dekabr saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Burada məşhur müğənninin repertuarından mahnılar səsləndiriləcək.
Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı, Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.