Gəncədə “Qələbəmizin Qubadlı zirvəsi” mövzusunda tədbir baş tutub. Bu haqda 25 oktyabr tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.
Tədbir Qubadlı Şəhər Günü münasibətilə 16 nömrəli kitabxanada keçirilib. Burada Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər. Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Burada çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Həsrətində olduğumuz torpaqlara böyük qayıdış başlayıb.