top
Orucluq vaxtı necə qidalanmalıyıq?
13 mart 2024, 17:15
- +

Orucluq vaxtı necə qidalanmalıyıq?

Müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının 3-cü günüdür. Bununla bağlı Gəncəxəbər.az redaksiyası olaraq oruc tutan izləyicilərimizə qida ilə bağlı bəzi tövsiyələri təqdim edirik.

Oruc tutan şəxs yağlı və karbohidratlarla zəngin qidalardan az istifadə etməlidir. Əsas rasion zülal olmalıdır ki, insan gün ərzində enerjili olsun. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Günboyu boş qalan mədəyə soyuq qidanın daxili spazmlara səbəb ola bilər.

Bundan başqa, oxucularımızın nəzərinə çatdırmaq istəyirik ki, imsaka oyanmamağın zərərləri var. Boş mədəyə oruc tutmaq aclıq hissini çoxaldır. Nəticədə insan orqanizmində maddələr mübadiləsinin sürəti pozula bilər.

İftarla müqayisədə imsakda daha gec həzm olunan qidalar qəbul edilməlidir. Həmin qidaların arasında süd məhsulları, yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər yer alır. Sadə ağ çörək yerinə kəpəkli çörəkdən istifadə etmək tövsiyə edilir. Çünki sonuncu 4 dəfə gec həzm olunur.

Mədəni birdən-birə yükləmək düz deyil. Çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir və çoxlu qida qəbulu köp, sancı və qəbizliyə səbəb ola bilər. Həmçinin davamlı qida qəbulu təzyiq və şəkər yüksəlməsi ilə nəticələnir.

Adətən, iftarda oruc su və xurma ilə açılır. Daha sonra sulu yeməklərə üstünlük verilir. Bir az fasilənin ardından ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkilərin tək-tək və ya qarışıq halda dəmlənib içilməsi orqanizm üçün faydalıdır.

Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilməlidir. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:18

AQTA-dan çağırış: "Mənşəyi məlum olmayan lavaşı yeməyək"

Bütün xəbərlər
Dünən, 17:04

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

Peşə məktəblərinə işə qəbul müsabiqəsi BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 14:01

Anasını namaz qılmadığına görə öldürübmüş

Bütün xəbərlər
Dünən, 13:37

AQTA: Bazarlardakı bütün açıq məhsullar etiketlənəcək

Bütün xəbərlər
Dünən, 13:03

Qazaxın işğaldan azad olunan ərazilərində tapılan minaların sayı

Bütün xəbərlər
Dünən, 11:00

Faizlə verilən pul üstündə dostunu bıçaqladı – CƏZA

Bütün xəbərlər
Dünən, 09:51

Gəncədə asfalt problemi: Taksi küçəyə gəlmir

Bütün xəbərlər
Dünən, 09:04

Gəncədə "Nizaminin evi" kimi tanınan kinopavilyonun təmiri davam edir

Bütün xəbərlər
16 iyul 2026, 16:49

"Kəpəz" Vadim Abdullayevi heyətinə qatdı

Bütün xəbərlər
16 iyul 2026, 15:37

Yeni parklanma qaydaları TƏSDİQLƏNDİ

Bütün xəbərlər
16 iyul 2026, 15:03

Yarım ildə alış-verişə 32 milyard manat xərcləmişik

Bütün xəbərlər
16 iyul 2026, 14:02

Sabah leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
16 iyul 2026, 13:53

Bura Gəncədir… – Acınacaqlı mənzərə

Bütün xəbərlər
16 iyul 2026, 12:48

Gəncədəki universitetlərdə II qrup üzrə ən aşağı keçid BALLARI

Bütün xəbərlər
16 iyul 2026, 10:16

Gəncəbasarda ard-arda qida zəhərlənmələri: Bu dəfə 11 nəfər…

Bütün xəbərlər
16 iyul 2026, 10:13

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı

Bütün xəbərlər
16 iyul 2026, 09:46

Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Bütün xəbərlər
15 iyul 2026, 18:00

Xəbərimizə ÇEVİK REAKSİYA: Şəhid guşəsi abadlaşdırıldı

Bütün xəbərlər
15 iyul 2026, 17:34

"Ganja Cup" üzgüçülük yarışı ikinci dəfə keçiriləcək

Bütün xəbərlər
15 iyul 2026, 16:38

Gəncədə gənc oğlan küçədə bıçaqlandı

Bütün xəbərlər
15 iyul 2026, 15:37

Arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

Bütün xəbərlər
15 iyul 2026, 15:05

GDU-nun baş müəllimi vəfat edib

Bütün xəbərlər
15 iyul 2026, 14:37

Dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər