Gəncədə konsert baş tutub. Bu haqda 4 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
8 Noyabr - Zəfər Günü münasibətilə 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” Musiqi və Teatr Festivalı keçirilir. Tədbir çərçivəsində Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında “Mənim Azərbaycanım” adlı konsert təşkil olunub.
Burada ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər. Proqramda Dövlət Rəqs Ansamblı tərəfindən rəqslər nümayiş olunub.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.