Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində görüş baş tutub. Bu haqda 13 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Görüş mədəniyyət işçiləri Rafik Camal oğlu İrzayev və Xanlar İslam oğlu Əsədovla keçirilib. Burada Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov adıçəkilən hər iki şəxsə mədəniyyət və musiqi təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və gənc nəslin estetik tərbiyəsində səmərəli işlərinə görə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Adil Kərimlinin adından Rafik Camal oğlu İrzayevə və Xanlar İslam oğlu Əsədova Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı təqdim edilib.