Gəncədə gənclər üçün təlim təşkil olunub. Bu haqda 28 fevral tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Seminar Regional İnkişaf İctimai Birliyi Könüllülük proqramı çərçivəsində Gənclər Evində baş tutub. Təlimi psixoloq Selcan Hüseynova keçib. O, könüllülərə “İş mühitində psixologiya və stresin idarə edilməsi” mövzusunda məlumatlar verib.
Sonra gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, təlim “İşgüzar bacarıqlar” ayı çərçivəsində həyata keçirilib.