Gəncədə iki məktəbdə təyinat olub. Bu haqda 11 mart tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
İki təhsil ocağına direktor təyin olunub. 1 nömrəli tam orta məktəbdə bu vəzifə Gülbəniz Bayramovaya, 25 nömrəli tam orta məktəbdə isə Alik Əliyevə tapşırılıb.
Sözügedən təyinatla əlaqədar məktəblərdə təqdimat mərasimləri keçirilib. Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.
[modula id="56259"]