Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 30 noyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Adıçəkilən ərazidə zəncirvari qəza olub.
“VAZ 2107” markalı avtomobil sola dönmək istəyərkən əyləci basıb. Həmin vaxt arxasınca gələn “Hyundai”, “Azərpoçt”a məxsus “Dacia Logan” və “VAZ 2106” markalı nəqliyyat vasitələri bir-birinə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.