Gəncədə yarış təşkil olunacaq. Bu haqda 27 oktyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinədən xəbər veririk.
“44 günün zəfəri” adlı qəhrəmanlıq və vətənpərvərlik mövzusunda bilik yarışması keçiriləcək. Müsabiqənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin yüksək səviyyədə aşılanması, istedadlı gənclərin tanıdılması və dəstəklənməsidir.
Yarış 28 oktyabr tarixində saat 11:00-da 2 saylı regional “ASAN xidmət” mərkəzində baş tutacaq.
Qeyd edək ki, Zəfər Gününə həsr edilmiş müsabiqə Regional Gənclər və İdman İdarəsi, 2 saylı regional “ASAN xidmət” mərkəzi və Gənclər Evinin birgə təşkilatçılığı ilə keçiriləcək.