Gəncədə sərgi-yarmarka təşkil olunacaq. Bu haqda 27 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
“Gəncəsənət - Qış nağılı" adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçiriləcək. Tədbir 28 və 29 dekabr tarixlərində saat 12:00-dan 19:00-a qədər Gəncə Qalası, Şeyx Bahəddin, 22-də baş tutacaq.
Sərginin məqsədi sənətkarlığın inkişafını təşviq etmək, alıcı və sənətkar arasında birbaşa əlaqə yaratmaqdır. Tədbir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Regional Məşğulluq filialı, Regional Turizm İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə keçiriləcəkdir.