Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 11 mart tarixində “Gəncə qalası”na istinadən xəbər veririk.
“Gəncə Qalası” Ticarət və Əyləncə kompleksində ödənişsiz konsert proqramı keçiriləcək. Burada Miro (Məhəmməd İskəndərov) çıxış edəcək.
Konsert proqramı 16 mart tarixində saat 17:30-da baş tutacaq.