Gəncədə küçələrin birində yolda təmir işləri gedir. Bu haqda Gencexeber.az-a 29 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şəddadilər küçəsindən gedir. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb olunub.
Avtomobil yolunun bir qisminə asfalt örtüyü salınır. Yolun çökmüş və yararsız hissələrinə yamaq vurulur.
Burada nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.