Gəncədə tələbələr arasında turnir keçiriləcək. Bu haqda 28 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Şahmat turniri Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADAU THİK) təşkilatçılığı ilə baş tutacaq. Müsabiqə 1 dekabr saat 10:00-da təşkil olunacaq.
Turnirdə yalnız Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edə bilərlər. Yarış Mirzə Abbas Abbaszadə, 43 ünvanında (Yeni Dram teatrının yaxınlığında) keçiriləcək.
Ətraflı məlumat üçün (077) 317 57 11 nömrəsi ilə (Fəxri Mirzəyevlə) əlaqə saxlamaq olar.