Gəncədə intellektual oyun keçiriləcək. Bu haqda 25 oktyabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Müsabiqə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilir. Oyun Azərbaycan Dövlət Aqrar Universitetinin müxtəlif fakültələrində təhsil alan tələbələr arasında baş tutacaq.
Tədbir 28 oktyabr saat 10:00-da ADAU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçiriləcək.
Qatılmaq istəyən ADAU tələbələri (070) 215 33 32 nömrəsi ilə əlaqə saxlaya bilərlər.