Gəncədə tələbələr üçün tədbir təşkil olunacaq. Bu haqda 25 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.
“Bir almanın iki yarısı” adlı təlim Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutacaq. Tədbiri Fəridə Bəyoğluyeva aparacaq.
Layihə "100MİN" proqramı çərçivəsində həyata keçiriləcək. Təlim bu gün, 25 noyabr saat 11:00-da təşkil olunacaq.