Goranboyda yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının mənzillərinin püşkatma yolu ilə bölgüsü aparılıb.
Gencexeber.az məlumat verir ki, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı, Goranboy rayon Dəliməmmədli şəhərinin Tofiq Əkbəri 18 ünvanında 1 ədəd 4 mərtəbəli 16 mənzilli yaşayış binası inşa edilib.
Mənzillərinin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların birgə iştirakı ilə mənzillərin bölgüsünü aparıb. Püşkatmaya uyğun olaraq, mənzillərin sahibləri müəyyənləşdirilib və bununla bağlı müvafiq akt tərtib edilib.