Gəncədə itkin düşən ana və oğulları barədə DİN-dən məlumat verilib. Bu haqda 20 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Gülnar Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gülnar Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və ailəsinə məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb.