Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış nəticəsində rayonun Zurnabad kəndinin əsas avtomobil yolunda ciddi problemlər yaranıb.
Gencexeber.az məlumat verir ki, sel suları kəndə aparan avtomobil yolunu sıradan çıxarıb. Hazırda yolun açılması istiqamətində işlər aparılır.
Gecə saatlarında Gəncəətrafı bölgələrə yağan yağışlar sonrası dağ kəndlərində də ciddi çətinliklər yaranıb.