Gəncədə şəhid bulağı istifadəyə verilib. Bu haqda 9 yanvarda Kəpəz televiziyasına istinadən xəbər veririk.
Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid Şəhriyar Mehdiyevin xatirəsi əbədiləşdirilib. Doğum günündə onun adına bulaq kompleksi istifadəyə verilib. Açılış mərasimində ş əhid ailələri, şəhər ictimaiyyətinin nümayəndələri və Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Şəhidimizin anası övladının bu gün doğum günü olduğunu, yaşasaydı, 19 yaşının tamam olacağını bildirib.
Qeyd edək ki, Şəhriyar Mehdiyev ötən ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.
[modula id="52746"]