Göygöl rayonunun Aşıqlı kəndində iki gəncin döyülməsi faktı qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, 2009-cu il təvəllüdlü Nurlan Mustafayev və onun həmyaşıdı İlkin İsmayılov döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətləri kafidir. İlkin məlumata görə, həmin şəxslər restoranların birində naməlum şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma başlanılıb.