Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə İcma əsaslı Məktəbəqədər Təhsil qrupu açılır.
Gencexeber.az məlumat verir ki, 2026–2027-ci tədris ili üçün 2-5 yaşlı uşaqların qəbulu başlayıb. Təhsil isə tamamilə ödənişsizdir.
1 oktyabr tarixindən start veriləcək tədris prosesi və uşaqlar üçün yaradılacaq imkanlar bu cür təşkil ediləcək:
– Dərslər həftədə 4 gün, gündəlik 2 saat keçiriləcək;
– Fərdi yanaşma və intellektual inkişafa diqqət yetiriləcək;
– Yaradıcı fəaliyyətlər, oyunlar və təlimlər təşkil olunacaq;
– Uşaqlar üçün təhlükəsiz və təmiz mühit yaradılacaq;
– Uşaqların sosial və nitq bacarıqlarının inkişafına dəstək göstəriləcək.
Proqram çərçivəsində uşaqlarda zehni və intellektual bacarıqlar, nitq və ünsiyyət, motorika və yaradıcılıq, sosial davranış və özünəinam inkişaf etdiriləcək.
Yararlanmaq istəyən valideynlər məktəbə müraciət edə bilərlər.