Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarında işləmək istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.
Gencexeber.az məlumat verir ki, müsabiqə test imtahanı və fərdi söhbət olmaqla iki mərhələdən ibarətdir.
Ali təhsilə malik olan və vakant vəzifələrin tələblərinə cavab verən namizədlərin qeydiyyatı sentyabrın 28-dən oktyabrın 28-dək aparılacaq.
Test imtahanı dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
Ümumilikdə qərb bölgəsində yaşayanlar üçün 4 vakant yer elan edilib:
– Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 inspektor;
– Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 inspektor;
– Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 inspektor.
Maraqlanan şəxslər https://migration.gov.az/az/news_detail/16892 linkindən keçid edə bilərlər. Əlaqə nömrəsi: (012) 562 53 01.