Gəncə şəhidi Bəhruz İsgəndərovun, eləcə də qazaxlı şəhid Elşən Orucovun həyat yoldaşları ali təhsil müəssisələrinə qəbul olunublar.
Gencexeber.az məlumat verir ki, bu il Gəncə şəhər 4 nömrəli tam orta məktəbə Mədinə adlı qızını birinci sinfə yola salan şəhid Bəhruz İsgəndərovun həyat yoldaşı Günel İsgəndərova Azərbaycan Texnologiya Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasına daxil olub.
İki övlad anası olan şəhid Elşən Orucovun həyat yoldaşı Tulzalə Yusubova isə Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu ixtisasına qəbul olunub.