Gəncədə Şah İsmayıl Xətai prospekti 298 ünvanındakı 5 və 6-cı binaların arxa hissəsi zibilliyə çevrilib.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan sakinlər iddia edirlər ki, zibil daşıyan maşınlar hər səhər sözügedən əraziyə zibil boşaldır.
Onlar bildirirlər ki, binanın arxası artıq zibil poliqonuna çevrilməyə başlayıb.
Şikayətçilər qeyd edirlər ki, dəfələrlə aidiyyətə quruma müraciət etsələr də, şikayətlərinə baxılmır.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və zibil poliqonu kimi istifadə edilməməsini xahiş edirlər.