Gəncədə iki qurum arasında məhkəmə prosesi baş tutacaq. Bu haqda 9 mart tarixində Fed.az-a istinadən xəbər veririk.
Mənzil Kommunal Təsərrüfatı İctimai Birliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini məhkəməyə verib. İddia müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı mübahisələr üzrə qaldırılıb.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılır. Prosesə Gülnaz Quliyeva hakimlik edir. Məhkəmənin hazırlıq iclası 5 aprel saat 14:30-a təyin edilib.