Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobili yanıb.
Gencexeber.az-a bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
