Gəncədə xristianların dini bayramı qeyd olunub. Bu haqda 8 yanvar tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını keçiriblər. Tədbir Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində baş tutub. Öncə Prezidentin bayram təbriki oxunub. Daha sonra kilsənin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.Burada şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.