Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.аz-ın məlumatına əsasən, qəza rayonun Şiştəpə kəndi ərazisində baş verib.
Hadisə nəticəsində "KIA" markalı maşının sürücüsü, 1992-ci il təvəllüdlü A.Atakişizadə vəfat edib.
Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.