Misli Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan "Kəpəz" heyətinə yeni müdafiəçi qatmaq qərarına gəlib.
Gencexeber.az bildirir ki, Keniya millisinin üzvü olan Conston Omorua artıq komandanın düşərgəsindədir.
Lakin tərəflər arasında müqavilə yaxın günlərdə imzalanacaq.
Omoruanın son klubu Səudiyyə Ərəbistanının təmsilçisi "Abha" olub.