Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 815 ədəd (5,7%) artaraq 1 milyon 676 min 80-ə çatıb.
Artımda xüsusilə Çin markaları diqqət çəkib. Belə ki, "Changan" avtomobillərinin sayı 4,3 dəfə, BYD-lərin sayı isə 4,8 dəfə artıb.
2024-cü ilin sonunda ölkədə 8 950 "Changan" olduğu halda, 2025-ci ildə bu rəqəm 38 784-ə yüksəlib. BYD-lərin sayı isə 4 083-dən 19 799-a çatıb.
"Tesla"ların sayı 535-dən 1 144-ə, JAC-ların sayı 258-dən 916-ya, "Dong Feng" avtomobillərinin sayı isə 557-dən 1 114-ə yüksəlib.
Bununla yanaşı, "Hyundai", "Toyota" və "KIA" kimi markalarda da artım qeydə alınıb. "Mercedes" isə 222 050 avtomobillə ölkədə say baxımından ən böyük marka olaraq qalır.
Avtomobil parkında köhnə VAZ-ların sayı isə azalıb. "VAZ-2101, 03-06" modellərinin sayı bir ildə 8 194 ədəd azalaraq 190 874-ə düşüb.
Ümumilikdə, 2025-ci ilin sonunda Azərbaycanda 1 milyon 934 min 598 avtomobil, bütün nəqliyyat vasitələrinin sayı isə 1 milyon 978 min 316 olub.
mənbə: marja.аz