Gəncədə "Sovxoz Nizami" adlanan dairənin yaxınlığında piyadaların təhlükəsizliyi ilə bağlı problem öz həllini tapıb.
Gencexeber.az-ın məlumatına görə, Üzeyir Hacıbəyov və Zülfi Hacıyev küçələrinin kəsişməsində asfalt örtüyünün üzərinə piyada keçidini bildirən müvafiq xətlər çəkilib.
Xatırladaq ki, bir müddət əvvəl sakinlər redaksiyamıza müraciət edərək sözügedən ərazidə yol təmir olunsa da, piyada keçidinin xətlənmədiyini bildirmişdilər. Samux avtobuslarının son dayanacağının da burada yerləşməsi səbəbindən ərazidə piyadaların hərəkəti intensivdir. Bu isə xüsusilə uşaqların təhlükəsizliyi baxımından narahatlıq doğururdu.