Gənc idmançımız məşqçi dərəcəsinə layiq görülüb.
Gencexeber.az xəbər verir ki, Azərbaycan Respublikası Gəncə şəhəri Bodibildinq və Fitnes Federasiyası (AzFBF) tərəfindən İlkin Elçin oğlu Bayramova sertifikat təqdim olunub.
Məlumata əsasən, İlkin Bayramov bodibildinq üzrə xüsusi hazırlıq kursunu uğurla başa vuraraq, bu idman növü üzrə təlimatçı-məşqçi dərəcəsi qazanıb.
Sertifikat Gəncə şəhər Bodibildinq Federasiyasının rəhbəri İkram Əliyev tərəfindən imzalanıb.
Qeyd edək ki, 21 yaşlı İlkin Bayramov cəmi üç ildir ki, fitneslə məşğul olur.